“İqlim dəyişikliyi və COP29” adlı seminar-dərs keçirilib

       Sentaybr ayının 19-da VIII “A” və IX “A” sinif şagirdləri ilə “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı  Tədbirlər Planının icrasını təmin etmək məqsədilə  “İqlim dəyişikliyi və COP29” adlı seminar-dərs keçirilib. Dərsdə informatika (fənn müəllimi Könül Xalıkzadə) və coğrafiya (fənn müəllimi Səmayə Vəliyeva) fənni inteqrasiya olunub. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin  iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətə cəlb edilməsindən və onların bu sahədə maarifləndirilməsi, onların kompüter savadlılığının, tədqiqat və praktik bacarıqlarının artırılmasından ibarət olub.

       Dərs zamanı iqlim dəyişiklikləri ilə bağlı məsələlər müzakirə olunub. Belə ki, şagirdlər atmosferdə dəyişikliklər yaradan qazları təhlil edib və öz tənqidi və təhlili düşüncələrini irəli sürüblər.

Dərsin sonunda şagirdlər iqlim dəyişiklikləri və COP29-la bağlı təqdimatları səsləndirib, hazırladıqları videoslaydları nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi