“Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı xüsusi dərs keçilib

    Sentyabr ayının 18-də “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı  Tədbirlər Planının icrasını təmin etmək məqsədilə coğrafiya müəllimi Aytəkin Məlikova tərəfindən X “A” sinif şagirdləri ilə açıq havada “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı xüsusi dərs keçilib. Dərsin keçilməsinin əsas məqsədi şagirdlərin  iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətə cəlb edilməsindən və onların bu sahədə maarifləndirilməsindən ibarət olub.

    Dərsdə müəllim hazırda iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş verdiyini söyləyib. Şagirdlərə  “İqlim dəyişikliyi və onun yaratdığı təsirləri azaltmaq üçün hansı tədbirləri görərdiz?” tədqiqat sualı verilib. Şagirdlər öz fikirlərini bildiriblər.

     Sonra müəllim dünyada qlobal istiləşmə nəticəsində buz örtüklərinin müəyyən hissəsinin əriməsi nəticəsində  okeanlarda suların səviyyəsinin  qalxdığını söyləyib.  Bunun nəticəsində çökək ərazilərin suyun altında qalma təhlükəsi yaranır.  Azərbaycanda da müəyyən ərazilərin çökək olduğundan su altında qalma ehtimalı böyük olduğunu vurğulayıb.

    Dərsin sonunda müəllim qlobal iqlim dəyişikliyinin qarşısını almaq və dünyamızı qorumaq məqsədilə hər il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarının keçirildiyini və bu il keçiriləcək Konfransın 29-cu sessiyası - COP29-a Azərbaycanın  ev sahibliyi edəcəyini şagirdlərin diqqətinə çatdırıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi