2023/2024 tədris ilinin yekun Pedaqoji iclası keçirilib

 

    İyun ayının 20-də məktəbin akt zalında 2023/2024 tədris ilinin yekun Pedaqoji şurasının iclası keçirilib. Pedaqoji şuranı məktəbin direktoru Zümrüd Abbasova öz çıxış sözü ilə  açıq elan edib. O, bu tədris ilində şagirdlərimizin uğurları haqqında məlumat verib, bu işdə əməyi keçən hər bir müəllimə öz təşəkkürünü bildirib. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Əliyev I-XI siniflərin təlim nəticələri üzrə, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan şagirdlərin təlim göstəricilərinin hesabatlarını verib.  Məktəbin təşkilatçısı Bahar Əkbərova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər, layihələr, məktəbdə keçirilən tədbirlər, seminarlar, “Dəyirmi masa”lar, şagirdlərimizin rəsm müsabiqələrində əldə etdikləri uğurlar haqqında öz hesabatını təqdim edib.

    Məktəbin psixoloqu Xalidə Allahverdiyeva məktəbin İnkişaf   Planında qarşıya qoyulan məqsəd və hədəflərin həyata keçirilməsi məqsədilə psixodiaqnostika işləri apararaq psixoloji problemlərin yaranma riski olan şagirdlərlə aparılan işlər, il ərzində məktəbdə sağlam emosional mühitin yaradılması sahəsində görülən tədbirlər haqqında  məlumat verib.

    İclasın sonunda il ərzində tədbirlərdə, layihələrdə, məktəbin ictimai işlərində fəal iştirak edən bir sıra müəllimlər Təşəkkürnamə ilə təltif ediliblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi