“Xatirələrdə qalacaq son zəng” adlı tədbir keçirilib

    İyun ayının 14-də məzun günü münasibəti ilə “Xatirələrdə qalacaq son zəng” adlı tədbir keçirilib. Tədbirdə İ. Muradov adına 237 nömrəli tam orta məktəbin ilk məzunu, 7 dəfə qəsəbə xalq deputatları sovetinin deputatı, 3 çağırış Milli Məclisin deputatı seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalı və “Şöhrət” ordeni ilə təltif olunmuş, hal - hazırda Mərkəzi Seçki Komissiyasının sədr müavini vəzifəsində çalışan Şaitdin Əliyev,YAP-nın nümayəndələri, Xəzər rayon Şüvəlan Bələdiyyə sədri (Telman Süleymanov) və  nümayəndələri, şəhid Səxavət Məmmədovun anası Hicran xanım, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edib.

    Davul vurulur və XI-lər “Son zəng” mahnısının sədaları altında səhnəyə daxil olurlar. Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Zümrüd Abbasovaya verilir. O, gələn qonaqları salamlayıb və məzunları təbrik edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. XI-lər maraqlı çıxışları ilə hamını valeh ediblər. Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı “Azərbaycan” musiqi sədaları altında səhnəyə gətirilib. Məzunların çıxışları “Yallı” rəqsi ilə sona çatıb.

     Gələn qonaqlar, müəllimlər və valideynlər çıxış edərək məzunları təbrik edib, daim zirvələr fəth etməyi arzulayıblar.

              

              

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi