27 Mart-Elm Günüdür

    Mart ayının 27-də kimya və STEAM fənnindən 27 Mart-Elm Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərin keçirilməsinin əsas məqsədi savadlı, yüksəkixtisaslı gənclərin yetişdirilməsi, onların elmə cəlb olunması, potensiallarının üzə çıxarılmasından ibarət olub.

    STEAM dərsində ( fənn müəllimləri Məlikova Aytəkin və Abdullayeva Asudə) müəllimlər bu günün 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən  “Elm Günü” kimi  elan olunması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf etməsi haqqında məlumat veriblər. Sonra VII “C” sinif şagirdləri elektirik mühəndisliyi dəstindən 31 ci modul üzrə FM Radio qurğusunu işə salıblar.  

    Kimya dərsində (fənn müəllimi Vəlizadə Vüsalə) müəllim Azərbaycan elminin bu günə qədər çox böyük nailiyyətlər əldə etməsi, xüsusilə, neft-kimya sahəsində böyük ixtiralar, kəşflər olunması haqqında məlumat verib. Sonra VIII “A” sinif şagirdləri ilə təcrübə aparılıb. Belə ki, şagirdlər Kalium Permanqanat maddəsinin Hidrogen Peroksidlə qarışımında parçalanma zamanı istiliyin ayrılmasını müşahidə ediblər. Məktəblilər bunun ekzotermik reaksiya olduğunu bildiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi