“Füzuli dünyası” adlı tədbir keçirilib

   Aprel ayının 25-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin (Seyran Cəfərli, Yeganə Aslanova, Kəmalə Xələfova, İlhamə Rzayeva) təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar olaraq “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində “Füzuli dünyası” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Zümrüd Abbasova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Bahar Əkbərova, Kəmalə Xələfova, İlhamə Rzayeva, Yeganə Aslanova, fənn müəllimləri və şagirdlər iştirak ediblər.

    Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarət olub.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra tədbirin aparıcısı Əliəkbər Novruzov tədbir barədə məlumat verib. Tədbirdə 4 komanda (Aşiqi-ürfan, Fəzli, Söz və Bəngü-Badə) komandaları iştirak ediblər. Tədbirin birinci mərhəsində şagirdlər “Kahoot” proqramı vasitəsilə onlara təqdim olunmuş sualları cavablandırıblar. İkinci mərhələdə isə Məhəmməd Füzulinin portreti əsasında pazzl quraşdırılıb. Sonuncu mərhələdə isə Məhəmməd Füzulinin əsərlərindən ibarət səhnəciklər nümayiş etdirilib və iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

   Tədbirin sonunda ümumi meyarlara və münsiflər heyətinin qərarına əsasən oyunun qalibi “Söz” komandası  seçilib. İkinci yer “Fəzli”, üçüncü yer “Aşiqi-ürfan”və fəal iştirakına görə isə “Bəngü-Badə” komandaları seçilib. Məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək qalibləri təbrik edib və şagirdlərə Məhəmməd Füzuli irsini daim yaşatmağı tövsiyə edib. Qalib komanda kubok, digər komandalar isə Təşəkkürnamə ilə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi