"Student Climate Simulation Conference - 2024" adlı konfrans keçirilib

  Aprel ayının 23-də “Kiçik Akademiya”nın təşkilatçılığı ilə BMT modeli əsasında hazırlanmış proqramla "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində konfrans keçirilib. Bu konfransda "Baş assambleya" qismində məktəbin direktoru Zümrüd Abbasova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Bahar Əkbərova, KA-nın prezidenti Təranə Nəcəfova, idarəçi rəhbərlər (chair) (layihənin rəhbəri)- KA-nın vitse-prezidenti Əliəkbər Novruzov, layihənin koordinatoru Solmaz Xalıkzadə və məruzəçilər (simulatorlar) iştirak ediblər.

   Sonra konfransın simulatorları tərəfindən "Qlobal istiləşmə: İnsanlara mühüm təsiri", "Ərzaq və sağlamlıq", "İqlim: Təbiət və heyvanların aləmi", "XXl əsr: İqlim və siyasi tendensiya", "Müasir dövr: Kənd təsərrüfatı" və "Fiziki ətraf mühitimiz" panelləri üzrə təqdimatlar edilib və  müzakirələr aparılıb.

Konfransın sonunda konfransa dair bəyanat qəbul edilərək səsləndirilmişdir.

   Məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək belə maraqlı tədbirə görə layihənin rəhbərinə və iştirakçılara təşəkkür edərək şagirdləri konfransın bəyannaməsinə əməl etməyə çağırıb və onlara öz tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi