“Güldür ki, güləsən!” adlı tədbir keçirilib

 

       May ayının 1-də “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində  “Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” müsabiqəsinə hazırlıq və məktəbin “Şən və hazırcavablar” klubunu yaratmaq, aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin aşkarlanması məqsədilə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Bahar Əkbərova və kitabxana müdiri Rəqsanə Həşimovanın təşəbbüsü ilə “Güldür ki, güləsən!” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə 4 komanda – “Birlikdə gülək” (VI “A” sinfi), “Gülən üzlər” (VII “B” sinfi), “Just for laugh” (VII “C” sinfi) və “Dəbli dahilər” (X “C” sinfi)  gülməli səhnəciklər nümayiş etdiriblər.

    Tədbirin sonunda məktəbin direktoru Zümrüd Abbasova tədbir izləyicilərinə gülüş bəxş etdiklərinə və gözəl çıxışlarına görə iştirakçı komandalara öz minnətdarlığını bildirib və onları  Təşəkkürnamə ilə mükafatlandırıb.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi