Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib

     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/2-07F/2024 nömrəli, 03.04.2024-cü il tarixli “Xüsusi hallar zamanı görülməli işlər barədə” əmrini rəhbər tutaraq, məktəbin  N-60-“Məktəbdə təhlükəsizlik tədbirlərinin keçirilməsi  barədə” əmrinin icrasını təmin etmək məqsədilə 25.04.2024-cü il tarixindən etibarən İ. Muradov adına 237 nömrəli tam orta məktəbdə təhlükəsizlik tədbirləri ilə bağlı müəllimlər, valideynlər və şagirdlərlə məktəb rəhbərliyi tərəfindən maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin əsas məqsədi normal işin və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün məktəbdə  təhlükəsiz mühitin yaradılması, müəllim, valideyn və şagirdlərin bu tədbirlərin həyata keçirilməsinə cəlb olunması, məktəb-valideyn əlaqələrinin daha da möhkəmləndirilməsindən  ibarət olub.

   Müəllimlərlə görüş zamanı məktəbin direktoru Abbasova Zümrüd məktəb kollektivini təlimatla tanış edib. O, ayrı-ayrı təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinə məsuliyyətsiz yanaşıldığına görə həmin məktəblərdə baş vermiş neqativ hallları nəzərdən keçirib.   Belə hadisələrin baş verməməsi üçün müxtəlif tədbirlərin görülməsini müəllimlərin diqqətinə çatdırıb. Görüşdə həftənin birinci günü “təhlükəsizlik günü” elan edilməsi qərarı qəbul edilib.  Həmin gün monitorinqlərin aparılması, müxtəlif görüşlərin keçirilməsi, siniflərdə çantalara baxış keçirilməsi planlaşdırılıb.

     Valideynlərlə görüşdə məktəb rəhbərliyi “Məktəbdə təhlükəsizlik tədbirlərinin keçirilməsi  barədə” əmrlə onları tanış edib. Görüş zamanı məktəbdə şagirdlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərin müəllimlərə dəstək olması, övladları üzərində nəzarətin daha da gücləndirilməsi diqqətə çatdırılıb.

     Şagirdlərlə söhbət zamanı onların öz təhlükəsizliyinin təmin edilməsi üçün bu qaydalara ciddi əməl edilməsi tövsiyə olunub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb və fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi