“Gəlin birgə oxuyaq!” adlı xüsusi dərs keçirilib

    Aprel ayının 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə ibtidai sinif müəllimi Rəsulova Lamiyə tərəfindən II “C” sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində “Gəlin birgə oxuyaq!” adlı xüsusi dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu şagirdlərin diqqətinə çatdırmaq, onların oxu bacarıqlarını inkişaf etdirmək, məktəblilərdə kitaba olan marağı daha da artırmaqdan ibarət olub.

   Müəllim Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü olduğunu və bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edildiyini şagirdlərin diqqətinə çatdırıb. Sonra şagirdlər oxuduqları nağıl kitabları ilə  sinif yoldaşlarını tanış edib, nağılları müzakirə ediblər.

    Şagirdlərin bir qismi balaca açıqca şəklində hazırladıqları kitabları nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi