“Azərbaycan-türk şeirinin tacidarı” adlı “Dəyirmi masa” keçirilib

          Aprel ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən  Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Xələfova tərəfindən VIII-X sinif şagirdlərinin iştirakı ilə   “Azərbaycan-türk şeirinin tacidarı” adlı “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Bahar Əkbərova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Seyran Cəfərli iştirak edib.

          Kəmalə müəllim dahi Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyat tarixində divan janrının ən məşhur siması- Məhəmməd Füzuli haqqında məlumat verərkən onun sufi şair olduğunu söyləyib.  Şagirdlər şairin yaşadığı dövrü, həyat və yaradıcılığı haqqında danışıblar. X sinif şagirdi İ. Əminə M. Füzulinin "Bəngü Badə" və "Söhbət ül-əsmar" alleqorik poemalarının məzmunu haqqında məlumat verib. IX sinif şagirdi İ. Aişə şairin qəzəlləri haqqında danışıb.

              “Dəyirmi masa”nın sonunda Azərbaycan-türk şeirinin tacidarı Məhəmməd Füzulinin türk dilində yazdığı şah əsəri “Leyli və Məcnun” poemasının qəhrəmanları müzakirə edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi