Akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş xüsusi dərs keçirilib

    Aprel ayının 24-də uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Bahar Əkbərova tərəfindən XI sinif şagirdləri ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş xüsusi dərs keçirilib. Dərdə Bahar müəllim dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanımın həyatı haqqında məlumat verib. Görkəmli alimin yüksək insani xüsusiyyətləri, təvazökarlığı, xeyirxahlığından da söz açaraq, onun hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını söyləyib.

     Dərsdə iştirak edən kimya-biologiya metodbirləşmə rəhbəri Bayramova Yeganə akademikin oftalmologiya sahəsinə gətirdiyi yenilikləri, aldığı mükafatları haqqında məlumat verib.

     Dərsin sonunda “Zərif insan ömrü” adlı film izlənilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi