“The English Day” adlı tədbir keçirilib

    Aprel ayının 23-də “İngilis dili aylığı” çərçivəsində və 23 Aprel - Ümumdünya İngilis Dili Günü ilə əlaqədar məktəbin ingilis dili müəllimləri- İ.Vəfa, H.Natəvan, Ə.Bahar, M.Fidan və Q.Leyla tərəfindən II-IX sinif şagirdlərinin iştirakı ilə “The English Day” adlı tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi çoxdillilik ənənələrini möhkəmləndirmək, böyük  ingilis  şairi,  yazıçısı və dramaturqu  Vilyam  Şekspirin  irsini öyrənməkdən ibarət olub.

    Tədbirdə şagirdlər 23 Aprel - Ümumdünya İngilis Dili Gününün təsis edilməsi, mahiyyəti haqqında məlumat veriblər. II və VII sinif şagirdlərinin ifasında “The English Day” və “Strong” mahnıları səsləndirilib. IX sinif şagirdləri böyük  ingilis  şairi, yazıçısı, dramaturqu və aktyoru Vilyam  Şekspirin həyat və yaradıcılığı haqqında məlumat verib, şeirlərini, kəlamlarını səsləndiriblər.

    Tədbirin sonunda şagirdlər hazırladıqları divar qəzetlərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi