"Ölkəmizi tanıyaq" tur-aksiyası keçirilir

   Bildiyimiz kimi hər il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq"  tur-aksiyası keçirilir.

   Bu tur-aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizin dünyagörüşünün formalaşması, əyani olaraq tarixi abidələrimizlə tanışlıq, mədəni irsimizin öyrənilməsidir. Növbəti tur-aksiya Respublikamızın gözəl guşələri olan Göy göl, Şəmkir, Gəncə şəhərlərinədir. Bu tur ərzində şagirdlər bu rayonların qədim tarixi abidələri, muzeyləri, etnoqrafiyası, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olacaqlar. Ümumiyyətlə, bu tur-aksiya maarifləndirici  xarakter daşıyır,  şagirdlərimizin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi