"Bir kərə yüksələn bayraq,bir daha enməz" adlı tədbir keçirilib

     Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan xalqının suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Bayraq qədim zamanlardan bu günümüzə kimi dövlətlərin əsas simvolu olaraq bilinib.  2"A" sinif rəhbəri Şəhla İsmayılova "Bayraq günün"nə həsr olunmuş "Bir kərə yüksələn bayraq,bir daha enməz" adlı tədbir keçirib. Bayraq gününə həsr olunmuş tədbirdə  bayrağımızın 3 rəngi və səkkizguşəli ulduz haqqında musiqili kompozisiya nümayiş etdirilib. Tədbir şagirdlərin milli rəqsi ilə başlanıb . Poçtalyonun əsgər məktubu paylaması və əsgərlərimizin gəlişi ilə tədbirə rəng qatılıb. Bayraq haqqında şeirlər və  uşaqların ifasında musiqilər dinlənilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi