18 Okyabr Milli Müstəqillik Gününün 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

  

   Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə 18 Oktyabr Milli Müstəqillik Gününün 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Şahin Allahverdiyev, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Babayev, məktəbin müəllim və şagirdləri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin tarix müəllimi Türkan Məmmədova bu tarixi hadisə ilə bağlı şagirdlərə məlumatlar çatdırıb. O qeyd edib ki, bugünkü müstəqilliyimizi məhz 1991-ci ilin 18 Oktyabrında Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında "Azərbaycan Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması ilə qazanmışıq və Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etmişdir.. Ümummilli liderimiz Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyi daha da möhkəmləndi, Azərbaycan yeni dövrə qədəm qoydu. Əminliklə deyə bilərik ki, Heydər Əliyevin yürütdüyü siyasəti hal-hazırda ölkə başçısı İlham Əliyev davam etdirir və dövlət müstəqilliyi onun ən öndə siyasəti kimi müəyyən olunmuşdur. Bunu Qarabağ torpaqlarının qaytarılması yolunda yürütdüyü siyasətdən və çıxışında qeyd etdiyi "Qarabağ Azərbaycandır!" şüarını qətiyyətlə deməsindən də görmək olur.

  Daha sonra tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfiqə Əmrahovanın rəhbərliyi ilə 7, 8, 9-cu sinif şagirdlərinin ifasında mahnı və şeirlər dinlənilib. Daha sonra 2"A"sinif şagirdləri bədii kompozisiya təqdim ediblər.

   Sonda məktəbin direktoru Ş.Allahverdiyevə və Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi A.Babayevə söz verilib. Onlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin şagirdərin vətənpərvərlik ruhunun aşılanmasına gətirib çıxardığını qeyd ediblər. Məktəbin müəllim kollektivini və şagirdləri bu bayram münasibətilə təbrik edib, dərslərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi