"Qarabağ Azərbaycandır!"

  Okyabrın 18-i  Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il okytabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

   Beləliklə,vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

  16 Oktyabr 2019-cu il tarixində 2 "A"sinif müəllimi Şəhla İsmayılovanın təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adı altında tədbir keçirilib. Tədbirdə şagirdlər Azərbaycanın dövlət rəmzləri, işğal olunmuş torpaqlarımız və 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü ilə bağlı biliklərini nümayiş etdiriblər. İfa olunan rəqslər, söylənən şeirlər tədbiri daha rəngarəng, dolğun və mənalı edib. Tədbirin sonunda  2"A" sinif şagirdləri "Şəhidlər abidəsini" ziyarət edib, cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" fikirlərinə dəstək olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi