Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

    Oktyabrın 1-də dövlət ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

     Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.

   Oktyabrın 1-də  Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında dərslər başlanıb. Məktəbin direktoru Şahin Allahverdiyev kiçik fidanları və sinif müəllimlərini bu münasibətlə təbrik edib, uğurlar arzulayıb. Kiçik fidanlar məktəbdə sinif otaqları və müəllimləri ilə tanış olublar. Daha sonra valideynlərlə lazımi maarifləndirici söhbətlər aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi