"Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

     Sentyabrın 27-də 168 nömrəli tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis İdarəsinin və Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, eləcə də Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, 10 nömrəli BŞX-nin baş həkimin müavini Kəmalə Mustafayeva, Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək narkomaniyanın dəhşətli bəla olmağından, xüsusilə gənclərin bu bəlaya asanlıqla düçar olmağından, "ağ ölümdən" yaxa qurtarmaq üçün bu səpkili maarifləndirmə tədbirlərinin geniş keçirilməsinin zəruriliyindən söz açıblar. Sonda 235 nömrəli tam orta məktəbin istedadlı şagirdləri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinovanın quruluşunda hazırlanmış "Ağ ölümün qara köləsinə çevrilməyək" adlı kompozisiya ilə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi