Pirallahı Müəllimlərinin Sentyabr Konfransı

  Sentyabrın 4-də 2018/2019-cu tədris ilinin yekunlarına və 2019/2020-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirilib. Tədbirdə millət vəkili Rauf Əliyev, Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak ediblər.

   2018/2019-cu dərs ilində məktəbin  56 şagirdindən 45 -i  Ali məktəblərə sənəd verib, onlardan 32-si qəbul olub. Bu da 73% təşkil edir. 500-dən yuxarı bal toplayan Haqverdiyeva Gülnur(578 bal) Azərbaycan Tibb Universitetinə, Səlimli Əziz (522 bal)Azərbaycan Fransa Universitetinə, Abdumutallibova Elina(507 bal)Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunublar. Bundan başqa  İbrahimli Altun H.Əliyev adına Ali Hərbi məktəbə qəbul olunub və məktəb tərəfindən Türkiyənin İstanbul Hava Herb okuluna göndərilib.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi