Mikayıl Müşfiqin anadan olmasının 111 illiyi münasibətilə həmişəyaşar şairi yad ediblər.

  İyunun 5-də başda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinova olmaqla, "Kiçik Akademiya"nın fəal üzvləri görkəmli Azərbaycan şairi,  poeziyamızın nakam günəşi, məzarı olmayan tək şairimiz, mavi Xəzərin təkində uyuyan Mikayıl Müşfiqin anadan olmasının 111 illiyi münasibətilə həmişəyaşar şairi yad ediblər. Əvvəlcə Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinova çıxış edərək şairin keşməkeşli həyat yolundan,  Sovet repressiya aparatının Azərbaycanın bir çox istedadlı yazıçı, şair, elm xadimləri kimi, gənc şairə qarşı da qərəzli mövqe tutmağından və nəticədə günahsız şəkildə ölümə məhkum olunmasından, eyni zamanda görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hislərinin artırılmasında əvəzsiz xəzinə olduğunu qeyd edib. Bildirib ki, adını Azərbaycan poeziyası tarixinə "Qızıl hərflər"lə yazmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər,  gənclərin də dillər əzbəridir. Daha sonra balaca "akademiklər" Müşfiq poeziya xəzinəsinin incilərindən olan "Yenə o bağ olaydı", "Oxu tar", "Sənin gülüşlərin", "Həyat sevgisi"  və digər şeirlərindən nümunələr söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi