Novruz şənliyi keçirildi

Novruz bayramı xalqımızın milli bayramıdır. Xalqımız bu bayramı hər zaman böyük sevinclə qarşılayır və qeyd edir. Hər il olduğu kimi bu il də martın 17 də 235 nömrəli məktəbin müəllim və şagirdləri Novruz bayramı haqqında tədbir təşkil etdilər. Tədbirdə bir-birindən gözəl geyinmiş şagirdlər Novruz bayramı və bahar fəsli haqqında şeirlər söylədilər, Azərbaycan mahnılarının sədası altında rəqslər etdilər.Eyni zamanda Novruzun müxtəlif adət və ənənələri tədbirdə səhnələşdirildi.Başda məktəbimizin direktoru Tahir müəllim olmaqla bütün müəllimlər tədbirdə iştirak etdilər.Tədbir qurulmuş müxtəlif səhnəciklər və əyləncələr sayəsində çox maraqlı keçirildi.Sonda isə direktorumuz Tahir müəllim öz çıxışı ilə tədbirdə iştirak edən hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi