"İnsan Hüquqları aylığı"

   Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 İyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-də ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur.

   Hər il olduğu kimi bu il də  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilir.

   30 May 2019-cu il tarixində 235 nömrəli tam orta məktəbdə "İnsan Hüquqları aylığı" çərçivəsində "Hüquqlarımız və vəzifələrimiz" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və Pirallahı Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini Fəxrəddin Babayev də iştirak edib. Tədbirdə ilk olaraq video-çarx izlənilib, şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib, həmçinin ibtidai siniflərin hazırladıqları səhnəciklər, musiqi nömrələri tədbirə rəng qatıb. İnsan Hüquqları aylığı ilə əlaqədar olaraq divar qəzetləri buraxılıb, referatlar hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi