"Ölkəmizi tanıyaq"

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Martın 16-19 da Bakı şəhəri Pirallahı rayonu 235 nömrəli məktəbin şagirdləri Naxçıvana yola düşmək üçün Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüblər.İndiyədək 3 mindən çox şagird layihədə iştirak edib. Bu mərhələdə isə 720 şagirdin iştirakı nəzərdə tutulub. Hazırda 180 şagird Naxçıvana yola salınıb. Eyni zamanda, Naxçıvandan da 180 şagird Azərbaycanın bölgələrinə səfər ediblər. Layihədən məqsəd ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi