"Gənc bioloqların yaradıcılıq" müsabiqəsi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən  "Gənc bioloqların yaradıcılıq müsabiqəsi" keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması,  istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

    17.05.2019-cu il tarixində müsabiqənin məktəbdaxili mərhələsi keçirilib. Gənc bioloqların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (1 nəfər IX  sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olub. Komandalar 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini yerinə yetirməlidirlər. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi  5 balla  qiymətləndiriləcək. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi