Şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə gəzinti təşkil olunub

     11May 2019-cu il tarixində 3"A"sinif müəllimi Məmmədova Arzu şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə gəzinti təşkil edib.  Şagirdlər əvvəlcə böyük Azərbaycan şairi S.Vurğunun ev muzeyində olub, şairin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Muzey əməkdaşları onları maraqlandıran sualları cavablandırıb. Sonra şagirdlər “Zoobulvar ”, “Bakı Kontakt Parkında “ heyvanlarla canlı təmasda olub, onlara qayğı göstəriblər. Şagirdlər gəzintini “Elite Horse and Polo Club” atçılıq mərkəzində bitiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi