Heyvanlar aləminə səyahət

   Həftə sonunu əyləncəli keçirə bilmək  üçün hər  kəsin fərqli düşüncələri,  planları olur.  Xüsusilə də bu gəzinti təbiətin oyanışının rəmzi olan,  könüllərə sevinc,  hərarət gətirən yaz fəslinə təsadüf edirsə.

   Məktəbin 3b sinif müəllimi Mahirə Kamilova səmərəli istirahət zamanı uşaqlarla hislərin inkişafı,  emosiyaların zənginləşməsi,  xoş əhval-ruhiyyənin artmasını nəzərə alaraq,  şagirdləri üçün “Zoobulvar-Bakı Kontakt Zooparkına”,  “Binə Atçılıq Mərkəzinə”  gəzinti təşkil edib.

   M.Kamilovanın fikrincə uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası,  stress və depressiyadan uzaq olmaları baxımından istirahət böyük bir fürsət və imkandır.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi