235 nömrəli məktəbin kollektivi I yerə layiq görülüb

    20.04.2019-cu il tarixində Pirallahı məkanında Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi UNESKO-ya daxil olan qeyri-maddi irsimizin bir numunəsi olan "Dolma" müsabiqəsi keçirilib. 

    Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin kollektivi də bu tədbirdə fəal iştirak edib. Dizayn və tərtibatda daha çox milliliyə üstünlük verərək gözəl və dadlı təamlar, münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti bir sıra mötəbər qonaqlarla təmsil olunmuşdur. Həmçinin Türkiyə, İran və Rusiya səfirliklərinin nümayəndələri də münsiflər heyətinin tərkibində idi. Məktəbin kollektivi fəal iştirakına və orijinal təqdimatına görə I yerə layiq görülüb fəxri fərmanla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi