Sarvan Mehralıyevin əziz xatirəsinin yad edilməsi

   Əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev  8 iyul 1997-ci ildə Ağdam rayonunun Ballar kəndində  anadan olub. Sarvan Mehralıyev 2014-cü ildə 186 nömrəli tam orta məktəbi bitirib. Əsgər Sarvan Mehralıyev 2016-ci il aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

  18.04.2019-cu il tarixde 235 nomreli tam orta məktəbin 1 A sinif müəllimi İsmayılova Şəhlanın  təşkilatçılığı ilə Sarvan Mehralıyevin  əziz xatirəsinin yad edilməsi məqsədi ilə "Mənim igid qəhrəmanım" başlığı adı  altında tədbir keçirib.
     Tədbirdə şagirdlər  böyük həvəslə özlərinə məxsus inşalar  yazaraq, şəkil çəkərək fəallıq nümayiş etdiriblər. Daha sonra tədbir məktəblilərin hazırladıqları  rəqslərlə davam edib.
    Sonda məktəbin direktoru Ş.Allahverdiyev  tədbirin təşkilatçısı olan Şəhla müəlliməyə öz dərin təşəkkürünü bildirərək əminliklə qeyd edib ki, keçirilən tədbir birincilərin yaddaşında dərin izlər buraxacaqdır. Onların hərbi vətənpərvərlik ruhunda böyüməsinə istiqamət verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi