Məktəblərarası əməkdaşlıq

   19 Aprel 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin rəhbərliyi ilə Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Məmmədova və onun sinif rəhbəri olduğu 6D sinif şagirdləri arasında Milli Qəhrəman Yavər Əliyevin şərəfli həyat və döyüş yolu haqqında məlumat mübadiləsi aparıldı. 

   Belə ki,"Milli Qəhrəmanlarımızı tanıyaq " devizi ilə aparılan müsabiqədə "Yavər Əliyev " adını qazanan 6 sinfi Y.Əliyevin həyatı və apardığı mübarizə  ilə yaxından tanış olmaq üçün onun təhsil aldığı və adını daşıyan məktəbə gəlib, burada qəhrəmanı şəxsən tanıyan qocaman müəllimlərlə söhbət edib, təcrübə mübadiləsi apardılar. Yavər Əliyevin təhsil müddətində necə şagird olduğu haqqında məlumat toplayıb,  onun 8 illik təhsil şəhadətnaməsi ilə tanış oldular. Milli Qəhrəman Yavər Əliyev haqqında bilmədiklərini öyrənən, bildiklərini daha da artıran şagirdlər xatirə şəkilləri çəkdirdikdən  sonra məktəbdən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi