I.Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

     Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2019-cu il "Nəsimi ili" elan edilmişdir.

    Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi bu sərəncamı əldə əsas tutaraq silsilə tədbirlər keçirir.

    18.04.2019-cu il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Əmrahova Şəfiqə VIa sinfində İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirib. Tədbirdə məktəbin direktoru Ş.Allahverdiyev, tərbiyə işləriüzrə direktor müavini H.Paşayeva, UBTR(uşaq birliyi rəhbəri)Ş.Gəncəliyeva, VIa sinif rəhbəri R.Əliyeva və kitabxana müdiri F.Həsanova iştirak ediblər. 

     Şagirdlər şairin həyat və yaradıcılığına həsr olunmuş çıxışları, söylədikləri qəzəllər, şairin həyatından göstərilən kinofraqmentlər qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. 

     Şagirdlərdən Gülməmməd Məmmədov, Elmira Əliyeva, Hacıyeva Tünzalə, Əliyev Nicatın söylədikləri qəzəllər xüsusilə diqqəti cəlb edib.

    Tədbirin sonunda yekun söz məktəbin direktoru Ş.Allahverdiyeva verilib. O, bu tədbirdə iştirak edən şagirdlərə minnətdarlığını bildirib və İ.Nəsiminin həyatı və dövrü haqqında şagirdlərə əlavə məlumat verib. Daha sonra müəllim və şagirdlərə belə silsilə tədbirlərin davamlı olmasını arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi