Kiçik Akademiyanın ilk iclası keçirildi.

           5Aprel 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın ilk iclası keçirildi. İclası açıq elan edən məktəbin tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva çıxış edərək əvvəlcə Akademiyanın üzvü olan müəllim və şagirdləri salamladı, daha sonra Kiçik Akademiyanın prezidenti S.Rüstəmovanı, humanitar şöbənin sədri Ü.Şirinovanı, təbiət şöbəsinin sədri İ.Allahverdiyevanı Akademiyanın üzvlərinə təqdim etdi. Eləcə də qarşıda duran vəzifələr, akademiyanın təşkil olunmasında məqsəd açıqlandı.Daha sonra akademiyanın prezidenti S.Rüstəmova çıxış edərək şagirdlərə aparacaqları tədqiqatlar ,araşdırmalar, təşkil olunacaq ekskursiyalar barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi