Oxu Günü

   10 Aprel 2019-cu il tarixində 235 nömrəli tam orta məktəbdə "29 Aprel-Beynəlxalq Oxu Günü " ilə bağlı məktəbin ibtidai sinif müəllimi Ş.İsmayılovanın təşkilatçılğı ilə 1a sinfində tədbir keçirilib. Tədbirdə birincilərin oxunun faydası haqqında ilkin bilikləri nümayiş olunub.  Daha sonra balaca fidanlar Azərbaycan Respublikasının atributları, paytaxt Bakı haqqında, eləcə də əlifba, sait və samitlər, hərflər barədə məlumat verib, şeirlər söyləyib. Tədbirdə Ana dilində danışmağı özünə ar bilib, rus dilində danışan şagirdə öz dilimizin daha gözəl ,ahəngdar və səlis olduğunu məsləhət bilən şagirdlərin səhnəciyi nümayiş olunub.

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva belə tədbirlərin davamlı olmasını arzulayıb və öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi