"Ölkəmizi tanıyaq" tur-aksiya

    23-26 mart tarixlərində "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Pirallahı məktəblilərinin Naxçıvan Muxtar Respublikasına tur-aksiyası təşkil olunmuşdur. Səfərin ilk günü məktəblilər H.Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət etmiş, sonra H.Əliyev muzeyi ilə tanış olmuşlar. Naxçıvan xalça muzeyi, XII əsrə aid olan Möminə Xatun məqbərəsi, Naxçıvan Xan sarayı, Naxçıvan Müəllimlər İnistutu ilə yaxından tanış olmuş və ətraflı məlumatlar almışlar.

    Səfərin 2-ci günü məktəblilər Ordubad rayonuna səfər etmişlər. Burada böyük kimyaçı alim Yusif Məmmədəliyevin, görkəmli maarifçi alim Məmməd Tağı Sidqinin və böyük yazıçı Məmməd Səid Ordubadinin ev muzeylərində olmuşlar. Orta əsrlərə aid "Qeysəriyyə" tarixi memarlıq abidəsində bir çox nadir eksponatlar ilə tanış olmuşlar. Sonra Culfa rayonu ərazisində yerləşən orta çağ memarlığının ən baris nümunəsi olan "Gülüstan" türbəsi və Əmir Teymurun 14 ilə fəth etdiyi məğrur Əlincə qalasını ziyarət etmişlər.

   Səfərin 3-cü günü Şahbuz rayonu ərazisində yerləşən Batabat astrofizika rəsədxanasında olmuş, orada teleskop vasitəsi ilə səma cisimlərinə baxmışlar. Sonra Batabat Dövlət qoruğunda olub orada olan çox maraqlı təbiətə aid bitki və heyvanat eksponatları ilə yaxından tanış olmuşlar. Sonra Duzdağ fizioterapiya xəstəxanasında olmuşlar .

    Səfərin sonuncu günü XII-XIV əsrə aid Qarabağlar türbəsini ziyarət etmişlər. Tariximizin canlı şahidi olan abidə önündə xatirə şəkilləri çəkdirmişlər. Tur-aksiyanın yekununda "Naxçıvanqala" tarix-memarlıq muzey kompleksi, Naxçıvan biznes mərkəzi, Naxçıvan dövlət tarix muzeyi, böyük şair Hüseyn Cavidin məqbərəsini və qürur yerimiz Dövlət bayrağı meydanını gəzmiş və orada yerləşən muzeylə tanış olmuşlar. Naxçıvan Gənclər mərkəzində aksiya iştrakçılarına hədiyyələr paylanılmış, məktəblilər çox maraqlı və xoş təsuratlarla Naxçıvandan ayrılmışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi