Şagirdlərin sərgisi

    5 mart 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Təsviri İncəsənət Studiyası" dərnəyinin rəhbəri Mahirə Hüseynovanın təşkilatçılığı ilə sərgi keçirilib. Sərgidə "Təsviri İncəsənət Studiyası" dərnəyinin üzvləri olan 235 nömrəli məktəbin şagirdləri F.Elvina, F.Nigar, Y.Tamilla, M.Elina, A.Aytacın 76 ədəd müxtəlif mövzularda yaradılmış əl işləri, rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd məktəbin istedadlı şagirdlərini üzə çıxarmaq, incəsənətə meyilli olan uşaqlarda maraq və həvəsi artırmaq, eyni zamanda məktəbi tanıtmaq idi. Sərgidə həmçinin şagirdlərin müxtəlif yarışlarda, rəsm müsabiqələrində qazandıqları mükafatlar, fəxri  fərmanlar da nümayiş olundu.

   Sərgidə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri, məktəbin pedaqoji heyəti və valideynlər çıxış edərək gələcəyin rəssamlarına uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi