"Valideynin məktəbdə bir günü"

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Yavər Əliyev adına 235№li tam orta məktəbdə 20.02.2019-cu il tarixində “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.

  Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı təmin edildi,tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təklifləri əldə edildi,qeyri formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platforması yaradıldı.

   İlk öncə tədbirin açılış mərasimi keçirildi.Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Allahverdiyev valideynlərin qarşısında iştirak edərək,öz irad və təkliflərini,tövsiyyələrini bildirdi.Daha sonra valideynlər dərsləri müşahidə etdilər.Müşahidələr bitdikdən sonra seminar keçirildi və məktəbin şagirdləri bədii hissə ilə valideynlərin qarşısında çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi