"Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan şagirdlərinin Qəbələ şəhərinə ekskursiya "

        24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin və Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının təşkil olunması”ilə bağlı keçirdikləri aksiyada rayonun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Qəbələ şəhərinə 4 günlük ekskursiyası həyata keçirilmişdir.Ekskursiya müddətində şagirdlər “Duyma” otelində qalmış,yüksək ixtisaslı və təcrübəli qrup rəhbərləri ilə təmin olunmuşlar.Şagirdlər bölgənin milli təamlarını dadmış,digər bölgələrə Oğuza,Şəkinin Alban kilsəsini ,Xan sarayını,Karvansarayını ziyarət etmişlər.Sagirdlər bölgənin tarixi və coğrafiyası ilə məlumatlandırılmışlar.Oteldə uşaqlar yüksək səviyyədə qidalanma ilə təmin olunmuş eyni zamanda yeniyetmələrin maraqlı və səmərəli vaxt keçirmələri üçün oyunlar,viktorinalar,rəqslər,mahnılar,karaoke təşkil olunmuş,xatirə şəkilləri çəkilmişdir.Sonda şagirdlər göstərilən diqqət və qayğıya görə başda ölkə rəhbəri Cənab İlham Əliyev olmaqla,aksiyanın təşkilatçılarına dərin minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi