"XI Respublika rus dili və ədəbiyyatı olimpiadası"

       Yanvarın 25-də məktəbdə  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya FR-ın Azərbaycandakı səfirliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Russotrudnichestvo”) Azərbaycan nümayəndəliyinin təşkil etdikləri “XI Respublika rus dili və ədəbiyyatı olimpiadası”  keçirilib. Olimpiadada  Rusiya İnformasiya və mədəniyyət mərkəzinin rəhbəri Valentin Denisov  , BŞTİ-nin müvafiq struktur bölmə rəhbəri Əfqan İsgəndərov iştirak edib. Olimpiadada şagird qismində isə Pirallahı və Xəzər rayonlarında fəaliyyət göstərən və BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 7-8-ci sinif şagirdləri iştirak ediblər. Olimpiada iki hissədən ibarət olub.1-ci hissə məktəbin akt  zalında təntənəli şəkildə keçirilib.

 Tədbirdə iştirak edən digər qonaqlar qeyd ediblər ki, digər keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinə və ədəbiyyatına olan münasibət əvvəlki kimi qalmışdır. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin, respublikamızda rus dilinə münasibətin yüksək olmasının təzahürüdür. Bu isə, öz növbəsində, Azərbaycan ilə Rusiya arasında olan əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə şərait yaradacaqdır.

    Çıxışlardan sonra 168 və 235 nömrəli tam orta məktəbin şagirdləri konsert proqramı  ilə çıxış  ediblər. Onlar ədəbi-bədii kompozisiyalarla öz məharətlərini göstəriblər. Rus dili müəllimlərinin təşkil  etdiyi  təntənəli hissə  tədbir  iştirakçıları  tərəfindən alqışlanıb. İştirak  edən qonaqlar tədbiri yüksək səviyyədə  təşkil  edənlərə öz  minnətdarlıqlarını  bildiriblər.

    2-ci hissədə isə şagirdlər öz biliklərini nümayiş etdiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi