“Diaspor dərsi”

15 fevral tarixinde bizim mektebimizde “Diaspor dərs”i keçirilmişdir . Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq Azərbaycanda diaspor quruculuğunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətlərinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı göstərdiyi xidmətlər barədə geniş məlumat verib. Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov Azərbaycan həqiqətlərinin dünyada yayılmasında diasporumuzun əhəmiyyətli rol oynadığını deyib: “Xaricdə yaşayan azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır”.DJB sədri Fuad Hüseynzadə, DİDK-nin əməkdaşı Əbülfəz Şeydabəyov, Beykent Universitetinin magistri, DAK-ın Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar və DJB-nin baş katibi Siyavuş Əmirli dövlətin diaspor siyasəti, bu istiqamətdə görülən işlər, diasporumuzun qarşısında duran vəzifələr haqqında danışıblar. Qeyd edək ki, “Diaspor dərsi” diskussiya şəraitində keçib və şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi