"Orta məktəblərdə diaspor dərsləri"

15 fevral 2016-cı il tarixdə Diaspor Jurnalistlər Birliyinin təşəbbüsü ilə Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli məktəbin 10-11-ci sinif şagirdləri ilə "Orta məktəblərdə diaspor dərsləri" layihəsi çərçivəsində növbəti məşğələ keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq Azərbaycanda diaspor quruculuğunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması,onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi,onlar arasında birliyin və həmrəyliyin təmin olunması,Azərbaycan icmaları,cəmiyyət və birliklərin fəaliyyətlərinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı göstərdiyi xidmətlər barədə geniş məlumat vermişdir. Diaspor Jurnalistlər birliyinin sədri Fuad Hüsenzadə,Pirallahı İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusifov,Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov,Beykent Universitetinin magistri,Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının təmsilçisi Ərtoğrul Cahandar və Diaspor Jurnalistlər Birliyinin baş katibi Siyavuş Əmirli Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verdilər.Sonda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi