"Məktəbimizdə ağır itki"

    İnsanın həyatında ən acı məqamlardan biri də doğmalar qədər yaxın bildiyi insanları itirməsidir.Bu gün Y.Əliyev adına 235№li tam orta məktəbin bütün kollektivi hörmətli iş yoldaşımız Komarovskaya Tatyana Süleymanovnanın aramızdan vaxtsız gedişinin dərin üzüntüsünü yaşayır.

   1986-cı ildən işlədiyi 235№li məktəbin hər bir müəllim və texniki işçilərin hörmətini və rəğbətini qazanan Tatyana müəllimə dərs dediyi şagirdlərinin də qəlbində sevgi taxtı qurmuşdur.Bu gün Tatyana müəllimənin şagirdləri Respublikamızın müxtəlif sahələrində uğurlar qazanmış,məktəbin və müəllimin adını şərəflə yüksəltmişlər.

   Dərin təəssüf və hüznlə Tatyana müəlliməyə Allahdan rəhm diləyir,ailəsinə səbr arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi