"Tarixi şəxsiyyətlər"

  26.11.2018-ci il tarixində 235№ li tam orta məktəbin 8 a sinfində “Tarixi şəxsiyyətlər ” adlı dəyirmi masa keçirildi.Dəyirmi masada “Tarixi Şəxsiyyətlər ”haqqında onların hökmdarlıqları barədə,qurduqları dövlətlər barədə danışıldı.Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyətlər olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə şəxsiyyətlər ki, əməlləri tarixi hadisələrin gedişinə təsir göstərmişdir. Biz elə xalqıq ki, böyük dahilər dünya miqyasında şöhrət tapan şəxsiyyətlər yetirmişik. M.İsgəndər, Cavanşir, Babək, M.Ə.Rəsulzadə ,H.Əliyev … saymaqla qurtarmaz.M.İsgəndərin imperatorluğundan,Cavanşirin mübarizliyindən,Babəkin azadlıq hərəkatından,M.Ə.Rəsulzadənin yaratmış olduğu AXC-nin quruculuq işlərindən,H.Əliyevin səriştəli hakimiyyətindən danışıldı.Həmçinin tarixi şəxsiyyətlərin yadda qalan sözlərindən sitatlar gətirildi və şagirdlər bu şəxsiyyətlər haqqında daha da ətraflı məlumat verdilər.

      Azərbaycan xalqı o qədər inkişaf etmiş, hərtərəfli xalqdır ki, onun tanınmış şəxsiyyətləri haqqında günlərlə, aylarla yazsan qurtarmaq olmaz.

      Biz belə bir diyarın övladı olmağımızla fəxr edirik. Şagirdlərin də üzərinə onların həyat və fəaliyyətini oxuyub öyrənmək və onların əməllərindən şəxsi nümunə kimi istifadə etmək düşür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi