"Ölkəmizi tanıyaq"

     Məktəbimizin 9-11-ci sinif şagirdləri Masallı,Lənkəran və Astara rayonlarında təşkil olunmuş tur-aksiyada iştirak etdilər.Həmin rayonlarda olarkən şagirdlərimiz Heydər Əliyev mərkəzində oldular.Burada şagirdlərimizə Ulu öndər H.Əliyevin həyat və fəaliyyəti  barədə geniş məlumat verildi.

    Bundan başqa şagirdlərimiz H.Aslanovun ev muzeyində oldular.Burada şagirdlərə H.Aslanovun Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı haqqında ətraflı məlumat verildi.Sonra şagirdlər Hirkan Milli qoruğuna,çay plantasiyalarına,Lənkəran,Astara və Masallıda yerləşən Mədəniyyət mərkəzləri ilə tanış oldular.

    Tur aksiyanın sonunda şagirdlər arasında Breyn-Rinq yarışı keçirildi.Şagirdlərimiz bu tur aksiyadan çox razı qaldıqlarını bildirdilər və yenidən bu tur aksiyalarda iştirak etmək arzusunda olduqlarını bildirdilər.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi