"Ölkəmizi tanıyaq"

   Bildiyimiz kimi hər il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən,orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" tur-aksiyası keçirilir.

   Bu tur-aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizin dünya görüşünün formalaşması,əyani olaraq tarixi abidələrimizlə tanışlıq,mədəni irsimizin öyrənilməsidir.Növbəti tur-aksiya Respublikamızın gözəl guşələri olan Lənkəran,Astara və Masallı rayonlarınadır.Bu tur ərzində şagirdlərimiz bu rayonların qədim tarixi abidələri,muzeyləri,etnoqrafiyası,mədəniyyəti,mətbəxi ilə yaxından tanış olacaqlar.Ümumiyyətlə bu tur-aksiya maarifləndirici bir xarakter daşıyır,şagirdlərimizin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi