"Tütünə yox deyək"

 07.11.2018-ci il tarixində 235 №litam orta  məktəbin biologiya müəllimləri Allahverdiyeva İlahiyə,Kelbiyeva Sovqat tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 58 nömrəli 06.08.2018-ci il tarixli əmri ilə əlaqədar olaraq “Tütün çəkmək qadağandır” mövzusunda tədbir keçirildi.Məqsad şagirdləri tütün çəkməyin sağlamlıqlarına ziyanı barədə maarifləndirməkdir.Gənclərin zərərli maddələrə başlanma səbəblərindən biri də  düşdükləri mühitdir.Tütün çəkməyə alüdəçilik çox vaxt yeniyetme və gənc yaşlarında başlanır.Yeniyetmələr adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə tütün  alır və onu ata bilmir.Gənclər əsasən bir-birinin bəhsinə tütün çəkməyə can atır və getdikcə  vərdiş halını alır.Tütündən istifadə  nəticəsində sağlamlığa dəyən zərər illər, hətta onilliklər belə keçdikdən sonra özünü biruzə verir.

 Bu günkü tədbirimizə dəvət olunmuş qonaqlar Pirallahı rayonu 10 saylı BŞX-nın poliklinika uşaq şöbəsinin pediatırı Əhmədova Aygün,Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tədbirdə iştirak etdi və öz tövsiyələrini verdilər.Tədbirdə həmçinin məktəbimizin direktoru Şahin Allahverdiyev də çıxış etdi.O qeyd etdi ki,bu cür tədbirlər şagirdlərin  bu mövzuda maarifləndirilməsi istiqamatində təqdirə layiqdi və davamlı olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi