"Ana dili aylığı"

 

  29.10.2018-ciil tarixində məktəbimizin ibtidai sinif müəllimi  Samirə Hüseynovanın 4a sinfində “Ana dili  aylığı” ilə bağlı Azərbaycan dili fənnindən “Baba və nəvə” mövzusu üzrə seçilən dərs təqdim etmişdir.Dərsdə Samirə müəllimə mövzu ilə bağlı motivasiya qurdu.Ağsaqqal sözü ətrafında şaxələndirmə apardı.Mətni oxuyaraq uşaqların diqqətini yeni sözlərə,fikirlərə yönəldərək sual-cavab apararaq yeni fikirlər aşkarladı.Sonra qruplara işlər tapşırıldı.

I qrup:Mətni səhnələşdirdi.

II qrup:Qocalıqla bağlı atalar sözlərini araşdırıb izah etdi.

III qrup:Mətnin içindən mavi rəngli sözləri seçib onları hansı sözlərlə əvəz etmək olar onu izah etdilər.

IV qrup:Mətndən ahəng qanununa aid olan sözləri seçib yazdı.Hər qrup öz çıxışından sonra mövzu ilə bağlı səhnə təqdim etdilər.

   Sonda yenə mövzu ilə bağlı sorğu-sual olundu.Nəticə olaraq bildirdi ki,ağsaqqal adına layiq olmaq üçün bir neçə xüsusiyyətə malik olmaq lazimdir.Sonda rəhbərlik,sinif müəllimləri öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi