"Mikayıl Müşfiq"

   2 Noyabr 2018-ci il tarixində Yavər Əliyev adına 235№li tam orta məktəbdə həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şirinova Ülkərin təşəbbüsü və təşkilatçılığı ilə "Nakam sətirlərin müəllifi Mikayıl Müşfiq"adlı ədəbi-bədii gecə keçirildi.Gecə nakam şairimiz,romantik şair,kövrək hisslərin ən qabarıq Ifadəçisi repressiya qurbanı  Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuşdu. Tədbir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 may 2018-ci ildə Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə verdiyi sərancamın oxunuşu ilə başladı.Daha sonra şairin poetik şeirləri,şeirlərinə bəstələnən mahnılar,başqa sənətkarların Mikayıl Müşfiq haqqında dedikləri fikirlər səsləndi.5a sinif şagirdləri şairin uşaqlar üçün yazdığı “Coğrafiya”şeirini 1b sinif şagirdləri isə “Şəngülüm,Şüngülüm,Məngülüm”əsərini səhnələşdirdilər.IX və X sinif şagirdləri isə Müşfiqin ən çox sevilən “Yenə o bağ olaydı”şeirini bədii kompazisiya şəklində təqdim etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi