"Ümumdünya çörək günü"

Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.

 

Oktyabrın 17-de "Ümumdünya çörək günü" ile əlaqədar olaraq ibtidai sinif muəllimi Qudsiyyə Əsədullayeva tədbir keçirdi .Əvvəlcə çörəyin hazırlanmasına aid videoçarx nümayiş olundu.Daha sonra Qudsiyyə muəllimə xəmirin yoğurulması prosesini əyani şekilde nümayiş etdirdi.Bu meşğələ uşaqların böyük marağına ve sevincinə səbəb oldu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi