"Müəllimlər günü "

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Müəllim üçün özəl olan bu günü bizim məktəbimiz də yüksək səviyyədə qeyd etdi.Müəllimlərimizin bəhrəsi olan şaqirdlərimiz onları şer,rəsm və musiqi nömrələri ilə təbrik etdilər.Məktəbimizin direktoru Şahin Allahverdiyev  də bütün kollektivi səmimi qəlbdən təbrik etdi və bildirdi ki “ Müəllim sözü müqqədəs deyil,müqqədəs olan müəllimlikdir.Arzu edirəm ki,bu zirvədən enməyəsiz,böyüdüb boya ,başa çatdığınız bu körpə balalar hər yerdə hər zaman başınızı uca etsin.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi