Kitab Billik Mənbəyidir

   

Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər.
      Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.
     Bununla bərabər ədəb-ərkan qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır. Məşhur rus yazıçısı M. Qorkiy demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”.

15 sentyabr - Bilik Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayon məktəblilərinin Bakı Kitab Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Bakı Kitab Mərkəzinin qonağı olan məktəblilər müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsulları ilə yanaşı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkanlarla da tanış olublar. Sonda iştirakçılar burada yerləşən “Coffeemood” adlı kafedə istirahət edərək Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış olmuşlar. Bu ekskursiyada Yavər Əliyev adına 235 №-li tam orta məktəbin şagirdləri də iştirak ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi